Güclü təməl, möhkəm gələcək!

2005-dən bu günə

İMF Construction – müasir şəhərsalma, yaşayış və sənaye layihələri üzrə ixtisaslaşmış aparıcı tikinti şirkətidir. Keyfiyyət, təhlükəsizlik və estetik dəyərlər əsasında formalaşan layihələrimizlə, daha yaşanaqlı və funksional məkanlar yaradırıq.

Keyfiyyət, Təhlükəsizlik, Davamlılıq

Dəyərlərimizlə fərq yaradırıq

Müasir texnologiyalarla dəstəklənən innovativ həllər təqdim edərək, uzunmüddətli və dayanıqlı layihələrə imza atırıq. Etibar, keyfiyyət, davamlı inkişaf və müştəri məmnuniyyəti əsas prioritetlərimizdir.

Hər Sahə üçün Tikinti və Layihələndirmə

Yaşayış, ofis, infrastruktur və daha çox

Yaşayış binaları, ticarət obyektləri, körpü və yol infrastrukturu, memarlıq və dizayn xidmətləri – biz hər layihəyə peşəkar yanaşma və yüksək keyfiyyət təqdim edirik.

XOŞ GƏLMİSİNİZ, BİZ İMF CONSTRUCTION

“İMF CONSTRUCTION” MMC 13 sentyabr 2005-ci il tarixində təsis olunmuşdur və 20 illik təcrübəyə malikdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, 1-ci önünə, ev 19-da yerləşir.

Şirkət fəaliyyətə başladığı gündən etibarən müxtəlif təyinatlı layihələrin həyata keçirilməsində iştirak etmiş, həm podratçı, həm də subpodratçı qismində uğurlu layihələrə imza atmışdır. Layihələr sırasında yaşayış kompleksləri, hasarlanma işləri, asfalt örtükləri, landşaft tamamlanmaları və torpaq işləri mövcuddur.

ƏTRAFLI ÖYRƏN
image description
image description

Xidmətlər

01. Baş podratçılıq

Tikinti layihələrinin ümumi idarə olunması, planlama və koordinasiyasının təmini

02. Dəmir-beton

Yüksək keyfiyyətli və davamlı dəmir-beton konstruksiyaların inşasının həyata keçirilməsi, monolit dəmir-beton bünövrə tavası, divarlar və diafraqmalar, sütunlar, rigellər, tirlər, dib kəmərlər, pilləkən, lift şaxtası və örtük tavasının düzəldilməsi, yığma dəmir-beton atmaların quraşdırılması və s. kimi işlərin həyata keçirilməsi

03. Svay

Tikililərin dayanıqlığını təmin etmək üçün dərin təməl (svay) işləri həyata keçirilir.

04. Layihələndirmə

Tikinti prosesinin ilkin mərhələsi hesab edilən layihələndirməyə inşa olunacaq obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyi də nəzərə alınmaqla layihənin ilkin dizaynı, planı, fasad və perspektiv təsvirlərinin hazırlanması prosesi və s.

05. Torpaq işləri və şaquli planlama

Sahənin mexaniki üsulla hazırlanması, qazıntı işlərinin təşkili, kipləşdirmə, bünövrəaltı hazırlıq işləri, üfüqi və şaquli hidroizolyasiyası, əksdoldurma və s. işlər

06. Polad konstruksiya

Polad konstruksiyaların hazırlanması və montajı

Əsas layihələr