Haqqımızda

Şirkət görüntüsü 1
Şirkət görüntüsü 2

Vizyonumuz

İMF Construction – Azərbaycanın tikinti sektorunda etibarlılığı və yeniliyi ilə seçilən aparıcı şirkətlərdən biridir.

2005-ci ildən fəaliyyətə başlayan şirkətimiz, yaşayış kompleksləri, ticarət obyektləri və sənaye sahələrinin inşası üzrə ixtisaslaşaraq, ölkənin şəhərsalma infrastrukturunun inkişafına mühüm töhfələr verməkdədir.

Missiyamız

Müştərilərimizin yüksək keyfiyyət standartlarına cavab verən, davamlı inkişafı dəstəkləyən və ən son texnologiyalara əsaslanan innovativ tikinti həlləri təqdim etmək. Məqsədimiz, yalnız binalar inşa etmək deyil, həm də insanların keyfiyyətli yaşayışını, fəaliyyətini və estetik məkanlarını yaratmaqdır.


Dəyərlərimiz

  • Etibarlılıq: Hər bir layihədə müştərilərimizin etibarını qazanmaq və öhdəliklərimizi yüksək səviyyədə yerinə yetirmək.
  • Keyfiyyət: Tikintidə ən yüksək standartlara əməl etmək, uzunömürlü və davamlı layihələr təslim etmək.
  • İnnovasiya: Daim yenilikləri izləmək və daha səmərəli, müasir tikinti üsulları tətbiq etmək.
  • Ekoloji Dayanıqlılıq: Təbii sərvətlərə hörmətlə yanaşmaq, ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etmək, effektivlik və funksionallığı artırmaq.
  • Müştəri Məmnuniyyəti: Müştərilərimizin tələblərini tam şəkildə anlamaq, gözləntilərindən yüksək səviyyədə xidmət göstərmək və məmnuniyyətlərini təmin etmək.
  • Davamlı inkişaf: Daim öyrənmək, yenilənmək və daha yaxşı nəticələr əldə etmək üçün yeni imkanlara açıq olmaq.
  • Texnoloji yeniliklər: Tikinti sahəsindəki ən son texnologiyaları layihələrimizə tətbiq edərək effektivliyi və funksionallığı artırmaq.

Təsis Olunma Tarixi

«İMF Construction» Məhdud Məsuliyyətli Cəmiyyəti 13 Sentyabr 2005-ci il tarixində təsis olunmuşdur. Bu tarixdən etibarən şirkət müxtəlif təyinatlı tikinti və quraşdırma sahələrində fəaliyyət göstərir.

İMF Construction olaraq biz, müasir şəhər mühitinin qurulmasına, insanların təhlükəsiz, funksional və estetik məkanlarda yaşamasına və çalışmasına şərait yaratmağı hədəfləyirik.

Fəaliyyətimizdə yüksək keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və ekoloji dayanıqlılığa xüsusi önəm veririk.

Bütün layihələrimizdə müasir texnologiyanı ən son imkanlarından yararlanaraq, müştərilərimizin ehtiyac və gözləntilərini tam şəkildə qarşılamağı başlıca məqsəd bilirik.

İxtisaslaşmış işçi heyətimiz, peşəkar komandamız və müasir yanaşmamız sayəsində, həm yerli, həm də beynəlxalq səviyyədə bir çox uğurlu layihələrə imza atmışıq.

Lisenziya